mobil versiya

İlham Əliyev Xalq artistinə ev verdi



Prezident İlham Əliyev daha bir Xalq artistinə mənzil hədiyyə edib.

REPORTYOR.AZ minval.info-ya istinadən xəbər verir ki, Xalq atisti, tarzən Fikrət Verdiyevə ev verib.

Bununla bağlı F.Verdiyevin həyat yoldaşı Bəyimxanım Cavanşirova-Verdiyeva “Facebook” sosial şəbəkəsində məlumat yayıb.

“Bizim ailəmizə bu sevinci bəxş etdiyi üçün cənab Prezidentimizə dərin hörmət və ehtiramla minnətdarlığımızı bildiririk!”, – deyə Bəyimxanım Cavanşirova-Verdiyeva qeyd edib.

Qeyd edək ki, F.Verdiyevin Gəncə şəhərində “Göygöl” ansamblının və Gəncə Dövlət Filarmoniyasının yaranmasında rolu olub.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ / MƏDƏNİYYƏT
Tarix: 18-10-2019, 10:15