mobil versiya

Elçin Şıxlı: Prezident milyonlarla pul ayırır, fond səmərəsiz istifadə edir - VİDEO



"Qəzet biznesində gəlir mənbələrindən birincisi satışdır. Bizdə satış şəbəkəsi darmadağın edilib. Köşklərin olmasına baxmayın, orda qəzet tapmayacaqsınız. İkincisi reklam bazarıdır. Hesablamalar onu göstərir ki, reklam bizdə demək olar ki, yoxdur".

BAKU.WS xəbər verir ki, bu sözləri İTV-də yayımlanan 3D proqramında Dadaş Dadaşlinskinin qonağı olan Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı bildirib.

Onun sözlərinə görə, dövlət başçısı İlham Əliyev Kütləvi informasiya vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu milyonlara pul ayırsa da, vəsait səmərəsiz istifadə edilir: "Hər-halda çap mediasını saxlamaq üçün Kütləvi informasiya vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu qəzetlərə 5-10 min pul ayırmasa hamısı bağlanmalıdır. Yəni bu mühit yoxdur. Fond ilk növbədə bu mühiti yaratmağa çalışmalıdır. Çünki dövlət büdcəsi və dövlət başçısının müəyyən sərəncam və fərmanları ilə Kütləvi informasiya vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu milyonlara pul ayrılır. Amma o pullar və vəsait səmərəsiz istifadə edilir. Mühiti yaratmaq üçün həmin o vəsaiti düzgün yönləndirmək və layihələrə ayırmaq lazımdır.


SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 20-11-2019, 14:45