mobil versiya

Bakı metrosuna yeni vaqonlar mayda gətiriləcək




“Bu ilin may ayında Bakıya yeni metro vaqonları gətiriləcək”.

Bunu “Report”a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, ölkəyə ümumilikdə 20 vaqonun gətirilməsi gözlənir: "Yeni vaqonların istehsalı eyni zamanda aparılır. Bu səbəbdən bu il üçün nəzərdə tutulan 20 vaqon və yaxud 4 qatarın eyni vaxtda Bakıya gətirilməsi gözlənir. Digər vaqonlar isə razılaşmaya görə, növbəti iki ildə gətiriləcək".

Xatırladaq ki, ötən il oktyabr ayında "Bakı Metropoliteni" Rusiyanın ”Transmaşholdinq” QSC-yə daxil olan “Metrovaqonmaş” ASC ilə yeni vaqonların (qatarların) alınmasına dair yeni müqavilə imzalayıb. Müqavilənin şərtinə görə, qarşıdakı 3 ildə, hər il 20 vaqon yaxud 4 qatar olmaqla ümumilikdə 60 qatar və yaxud 12 qatarın Bakıya gətirilməsi nəzərdə tutulub. 

SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 21-02-2020, 14:50