Metroda özünü qatarın altına atan şəxsin kimliyi bilindi
Bakıda metronun "Nərimanov" stansiyasında özünü qatarın altına atan şəxsin kimliyi məlum olub.
REPORTYOR.AZ-ın APA-ya istinadən məlumatına görə, həmin şəxs 1988-ci il təvəllüdlü Şükürov Tural Sahib oğludur.
O, 1 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib.
***
“Bakı Metropoliteni”ndə qatarların hərəkətində yubanma olub.
"Yaşıl xətlə" hərəkət edən qatar hərəkət qrafiki üzrə 15 dəqiqə gecikməli olub. Saat 20:48-də “İnşaatçılar” metrosunda dayanan qatar bir neçə dəqiqə yubanmadan sonra yola düşüb.
"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "Report"a açıqlamasında bildirib ki, metroda yubanma "Nəriman Nərimanov" stansiyasında sərnişin özünün stansiya yoluna atması ilə əlaqədardır.
"Maşinist hadisəyə çevik reaksiya verib. Gərginlik kəsilib və sərnişin stansiya yolundan çıxarılıb. Ümumilikdə xətdə 10 dəqiqəlik yubanma olub", - deyə o bildirib.
SON XƏBƏR / BANNER / KARUSEL / HADİSƏ
Tarix: 7-02-2020, 22:49