mobil versiya

Özünü metroda qatar yoluna atan şəxsin kimliyi məlum oldu - RƏSMİ



Daxili İşlər Nazirliyi Metronun “Neftçilər” stansiyasının platformasında özünü qatar yoluna atan şəxs barədə məlumat yayıb.

DİN-dən REPORTYOR.AZ-a verilən məlumata görə, dekabrın 11-də saat 18 radələrində metronun “Neftçilər” stansiyasının platformasında bir nəfər özünü qatar yoluna atıb.

Bu zaman orada olan DİN BİTİ-yə bilavasitə tabe olan Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə Əlahiddə Polis Taborunun əməkdaşları tərəfindən dərhal görülmüş tədbirlərlə həmin şəxs qatar yolundan çıxarılıb.


Onun Masallı rayon sakini V.Əzimov olması müəyyən edilib.

SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 12-12-2019, 14:03