Neftin qiyməti ABŞ-ın koronavirusla mübarizəyə yardım ayırmasına görə artır
Neftin qiyməti qitələrarası birjada bu gün ABŞ-ın bəyan etdiyi iqtisadi dəstək mexanizmlərinə görə artır.
“Report” xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ-ın koronavirus pandemiyasına görə 2 trilyon ABŞ dolları həcmində yardım paketi ayırmasının dünyada neftə olan tələbi də dəstəkləyə bilməsi və bu sahədə birmüddətlik razılaşma əldə ediləcəyi ümidi ilə yüksəlib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında "Brent" markalı neftin 1 barelinin may fyuçerslərinin qiyməti 62 sent, yaxud da 2,3 faiz artaraq 27,65 ABŞ dolları təşkil edib. WTI markalı neftin 1 barelinin dəyəri isə 3,85% artaraq 24,26 ABŞ dolları təşkil edib.
Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Lourens Kadlou bəyan edib ki, ABŞ hakimiyyəti koronavirusun iqtisadiyyata təsirini azaltmaq üçün 2 trilyon ABŞ dollarından çox vəsait ayıra bilər.
SON XƏBƏR / KARUSEL / İQTİSADİYYAT
Tarix: 24-03-2020, 11:22