mobil versiya

"Brent” markalı neftin qiyməti artıb




ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) qərarı neft qiymətlərinə də təsir göstərib. 

“Report” "Interfax"a istinadən xəbər verir ki, "Brent” markalı xam neftin qiyməti 3%-dən çox bahalaşıb.
 
Belə ki, bu markadan olan neftin bir barelinin aprel ayı üçün fyuçerslərinin qiyməti Londonun ICE birjasında 1,66 ABŞ dolları (3,2%) artaraq 53,56 ABŞ dolları olub.

Bundan başqa WTI markalı neftin də qiyməti Nyu-Yorkun NYMEX birjasında 1,15 ABŞ dolları (2,46%) artaraq 47,9 ABŞ dollarına yüksəlib. 
Qeyd edək ki, FED koronavirusa görə uçot dərəcəsini 0,5% bəndi azaldıb və 1-1,25% səviyyəsində saxlayıb. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 78 ölkə və regionu əhatə edir.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 92 275-ə çatıb. Bunların 48 451 nəfəri sağalıb, 3 131 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də yeni növ pnevmoniyanın adını COVID-19 qoyub. 

SON XƏBƏR / İQTİSADİYYAT
Tarix: 3-03-2020, 20:02