Putindən azərbaycanlıları maraqlandıran KRİTİK QƏRAR - İmzaladı
Rusiya vətəndaşlığı almaq istəyən əcnəbilər üçün şərtlər sadələşdirilib.
Bu barədə prezident Vladimir Putin qərar imzalayıb. Qərarə əsasən əcnəbilər Rusiya vətəndaşlığı almaq üçün daşıdıqları vətəndaşlıqdan imtina etmək məcburiyyətində qalmayacaqlar.
Bununla da, əcnəbilər həm Rusiya həm də digər ölkənin vətəndaşlığını daşıya biləcəklər. Həmçinin, Rusiyada yaşayan, bu ölkənin vətəndaşı ilə evli olan əcnəbilər Rusiya vətəndaşlığı almaq üçün 3 il gözləmək məcburiyyətində qalmayacaq.
Qərar rəsmən yayımlandıqdan 90 gün sonra qüvvəyə minəcək.// Publika.az
SON XƏBƏR / KARUSEL / SİYASƏT
Tarix: 25-04-2020, 10:30