mobil versiya

Venesuelada həbsxanada üsyan - 17 ölü var


Venesuelanın Quanare şəhərindəki Llanos adlı həbsxanada məhbuslar üsyan ediblər.

Həbsxana nəzarətçiləri ilə çıxan çaxnaşmada 17 nəfər ölüb, 9 nəfər isə yaralanıb.

Qarşıdurma zamanı həbsxana müdiri Karlos Toronun da yaralandığı bildirilir.

Bəzi məhkumlar odlu silah və kəsici alətlərdən istifadə edib. Onların silahları hansı vasitə ilə əldə etdikləri bilinmir.

Həbsxana rəhbərliyi vəziyyəti nəzarət altına almaq üçün məhbusların lideri “Olivo” ləqəbli məhkumla danışıqlar aparıblar və sonda üsyan çıxaran məhbuslar kameralarına geri qayıdıblar.

Qeyd edək ki, bu həbsxananın 750 nəfər üçün nəzərdə tutulduğu halda, orada 2500-dən çox məhkumun saxlanıldığı bildirilir. Məhkumların pis şəraitə görə üsyan çıxardığı deyilir.

SON XƏBƏR / KARUSEL / DÜNYA
Tarix: 3-05-2020, 11:00