mobil versiya

Hindistanda zavodda partlayış - 12 ölü, 58 yaralı


Hindistanın Maharaştra əyalətindəki kimya zavodunda baş verən partlayış nəticəsində 12 nəfər ölüb. Trend-in məlumatına görə, daha 58 nəfər yaralanıb.
Məlumata görə, zavodda bir neçə balon partlayıb, daha sonra güclü yanğın baş verib. Hadisə zamanı binada 100-ə qədər işçinin olduğu bildirilir. Ölənlərin sayının artacağı istisna edilmir.
/Trend/
DÜNYA / HADİSƏ / CƏMİYYƏT
Tarix: 31-08-2019, 14:18