Bu gün Bakının 4 rayonunda pensiyalar ödəniləcək
Bu gün Bakının Xəzər, Pirallahı, Sabunçu və Suraxanı rayonları üzrə pensiyalar ödəniləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən REPORTYR.AZ-a verilən məlumata görə, yaxın günlərdə ölkəmizin digər şəhər və rayonları üzrə, həmçinin dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə pensiyaların ödənişi aparılacaq.
Mayın 20-də bu ay üzrə müavinət, təqaüd və kompensasiyalar, mayın 28-də isə ünvanlı dövlət sosial yardımları veriləcək.
Beləliklə, xüsusi karantin rejimi dövründə pensiya, müavinət, təqaüd və ünvanlı yardımların vaxtından daha tez ödənilməsi təmin olunur.
SON XƏBƏR / KARUSEL / GÜNDƏM / SOSİAL
Tarix: 8-05-2020, 10:20