Əhaliyə ŞAD XƏBƏR - Pensiyalar artırılacaq
İşsiz olan vətəndaşların qeydiyyata alınması prosesi davam edir.
Bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Operativ Qərərgahın keçirdiyi brifinqdə deyib: "190 manat kiçik görülə bilər. Bu pul evdə oturaraq heç nə etməmək üçün verilir. Bu məbləğ zəruri ehtiyaclar üçün nəzərdə tutulur. Karantin müddəti uzadılacağı təqdirdə, növbəti ayda da vətəndaşlara bu müavinət veriləcək. İşsiz adamlara həm 190 manat yardım edilir, eyni zamanda onların ali təhsil alan övladlarının təhsil haqqı ödəniləcək. 90 min işsiz adamı dövlət işə cəlb edib, onlara 300 manat veriləcək. 1500 şəhid ailəsinə, 7 min məcburi köçkün ailəsinə mənzil, 400 nəfərə isə avtomobil veriləcək. Hazırda əhalinin həyat şəraitinin yaxşılaşdırılması üçün 150 milyon manat ayrılıb. Eyni zamanda, pensiyaların artırılması məsələsi gündəmdədir. Sosial yardım imkansız ailələrə ödəniləcək. Sadəcə qeydiyyata düşüb, statuslarını rəsmiləşdirmələri lazımdır".
SON XƏBƏR / BANNER / KARUSEL / SOSİAL
Tarix: 15-04-2020, 22:28