mobil versiya

Evdən çıxma qadağasına hazırlıq - Bazarlarda sıxlıq yaşanır - VİDEO




Həftəsonu sərt karantin rejimi xəbərdarlığından sonra insanlar əsasən meyvə-tərəvəz almaq üçün böyük bazarlara üz tutublar.

REPORTYOR.AZ BAKU.TV-yə istinadən xəbər verir ki, piştaxtalar önündə sıxlıq müşahidə olunur. Satıcıların sözlərinə görə, əvvəlki həftələrlə müqayisədə gigiyenik qaydalara riayət edənlər çoxalıb.

Eyni zamanda satıcıların bəziləri meyvələri alıcıya təklif edərkən su ilə yuduqlarını da dedilər.

Alıcıların bəziləri artıq meyvəni dadına baxmadan alır. Bəziləri isə əvvəl necə indi də elə, yəni meyvədə yoluxma riskinin olduğuna inanmırlar.
Qida təhlükəsizliyi mütəxəssisləri yuyulmamış meyvə-tərəvəzin dadına baxaraq almağı qəti şəkildə məsləhət görmürlər.

“Bir çox vətəndaşlar bu məhsulları təmizləmək məqsədilə sirkəli məhlullarla, bəzi vətəndaşlar isə sodalı məhlullarla yuyurlar, bir qisim adamlar da bəzi qida məhsullarının yuyulduğu məhlullara kimyəvi dezinfeksiyaedici məhsullar əlavə edirlər.

Bu, yolverilməz haldır və kiməvi zəhərlənməyə gətirib çıxarır.

Yaxşı olar ki, bu məhsulları istehlak edə biləcəyimiz qədər alaq. 10 dəqiqə civarında ilıq suda saxladıqdan sonra bol miqdarda soyuq su ilə yaxalamaq lazımdır. Məhsulları nəm halda saxlamaq yolverilməzdir”, - deyə AQTA-nın şöbə müdiri Cavidan Quliyev bildirib.

Düzdür, hələ ki, meyvə-tərəvəzdən koronavirusa yoluxma halı qeydə alınmayıb. Amma yenə də ehtiyatı əldən verməməkdə, qida təhlükəsizliyi qaydalarına əməl etməkdə fayda var.

SON XƏBƏR / KARUSEL / GÜNDƏM / ÖLKƏ
Tarix: 12-06-2020, 14:08