mobil versiya

190 manat iyunda veriləcəkmi? - RƏSMİ AÇIQLAMA - VİDEO




Karantin rejimi yumşaldılır. Əmək bazarı da artıq qismən canlanıb.

Ancaq buna baxmayaraq, 190 manat birdəfəlik ödəmənin iyun ayında da verilməsini gözləyən, hətta tələb edən vətəndaşlar var.

Elə bir neçə gün öncə Milli Məclisdə deputat Əli Məsimli tərəfindən də ödəmənin bu ay da verilməsi təklif olunmuşdu.

REPORTYOR.AZ
 BAKU.TV-yə istinadən xəbər verir ki, iyun ayında 190 manatlıq birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulmur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fazil Talıbovun sözlərinə görə, insanlar artıq öz gəlirlərini formalaşdırırlar və qazanclarını əldə edirlər. 190 manatlıq birdəfəlik ödəmə aprel-may aylarında evdə qalan vətəndaşlar üçün nəzərdə tutulmuşdu.

Nazirlik eyni zamanda pandemiya dövründə əsassız yerə işdən çıxarılanlarla bağlı nəzarət sistemini gücləndirib.

Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti əmək müqavilələrinə əsassız xitam verilməsi halları ilə bağlı artıq 9 işəgötürən barəsində məlumatları hüquq-mühafizə orqanlarına təqdim edib.

Dövlət Əmək Müfəttişliyi Xidməti bütün işəgötürənlərin diqqətinə çatdırır ki, əmək müqavilələrinə əsassız xitam verilməsi halları ilə bağlı qəti tədbirlər bundan sonra da davam etdiriləcək.





SON XƏBƏR / KARUSEL / SOSİAL / ÖLKƏ
Tarix: 2-06-2020, 15:40