mobil versiya

Sosial şəbəkələrdə B.Bağırzadənin görüntüsü adıyla video yayan şəxs cəzalandırıldı - RƏSMİ




"Son günlər sosial şəbəkələrdə guya Əməkdar artist Bəhram Bağırzadənin pandemiya xəstəxanasında çəkilmiş videosu ilə bağlı bildiririk ki, sözügedən videomaterialda hal-hazırda “Yeni Klinika” tibb müəssisəsində müalicə alan 1984-cü il təvəllüdlü vətəndaşın görüntüləri yer alıb".

Bu sözləri BAKU.WS-in sorğusuna cavab olaraq TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirib. 

O əlavə edib ki, görüntüləri çəkən şəxs barədə araşdırma aparılıb və inzibati cəza tədbiri görülüb:

"B.Bağırzadə ilə bağlı qeyd edilənlər həqiqəti əks etdirmir. Əməkdar artist Mərkəzi Gömrük Xəstəxanasında koronavirus infeksiyasından müalicə alır". 

SON XƏBƏR / KARUSEL / GÜNDƏM / ÖLKƏ
Tarix: 16-06-2020, 16:15