mobil versiya

Bəhram Bağırzadə ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib



"Baklı oğlanlar" komandasının əfsanəvi üzvü Bəhram Bağırzadə ağır vəziyyətdə, ixtisaslaşmış xəstəxanalardan birinin reanimasiya şöbəsinə aparılıb.

Bu barədə virtualaz.org-a "Bakılı oğlanları”ın digər iştirakçısı, "Planet parni iz Baku" teatrının rəhbəri Tahir İmanov məlumat verib.

Onun sözlərinə görə, Bəhram Bağırzadəyə koronavirus diaqnozu qoyulub.

“Bəhram Bağırzadənin müalicəsi Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb. Dövlət başçısına və Birinci vitse-prezidentə təşəkkür edirik. Həkimlər Bəhram Bağırzadənin həyatını xilas etmək üçün hər şeyi edirlər. Ümid edirik ki, həkimlərin səyləri sayəsində onun həyatını xilas etmək mümkün olacaq", - deyə, Tahir İmanov bildirib.

SON XƏBƏR / BANNER / KARUSEL / ÖLKƏ
Tarix: 14-06-2020, 16:30