mobil versiya

Nazir müavinindən toylara icazə verilməsi ilə bağlı AÇIQLAMA



"Hazırda toyların olması ilə bağlı məsələlər müzakirə olunmur”.

REPORTYOR.AZ-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf bildirib.

O qeyd edib ki, toyların keçirilməsi birinci və ikinci addımda mümkün deyil:
"Toyda çoxlu sayda insan qapalı məkanlara toplaşır. Bu qərar müəyyən dövrdən sonra veriləcək. Hər şey sosial-epidemioloji vəziyyətdən, qaydalara əməl edilməsindən asılı olacaq”.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 8-08-2020, 12:45