Yaxın günlərdə toy etmək istəyənlərə pis xəbər - Operativ qərargahdan açıqlama
"Azərbaycanda iyun ayında toyların keçirilməsi məqbul hesab olunmur".
REPORTYOR.AZ xəbər verir ki, bunu Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
O əlavə edib ki, xüsusi karantin rejiminin uzadılacağı şübhəsizdir: "Bu dövr ərzində kütləvi tədbirlərin keçirilməsi qadağandır. Hazırda 10 nəfərdən çox adamın bir yerə toplaşması qadağandır. Əhaliyə bununla bağlı planlaşdırılan tədbirləri etmək tövsiyə olunmur".
SON XƏBƏR / GÜNDƏM / ÖLKƏ
Tarix: 22-05-2020, 18:03