Səfir: "Hindistan Azərbaycanın yeddi ən böyük ticarət tərəfdaşı sırasındadır"

Hindistanın Azərbaycandakı səfiri Sridharan Madhusudhanan tədbirdə çıxış edərək ölkəsinin müstəqillik dövründə əldə etdiyi nailiyyətlərdən söz açıb.
Səfir deyib ki, Hindistan qlobal ticarət istəkləri 2030-cu ilə qədər iki dəfə artaraq 1,6 trilyon dollardan 3 trilyon dollara çatmaq məqsədi ilə iddialıdır.
O, ölkələrimiz arasındakı əlaqələrə toxunaraq qeyd edib ki, Hindistan Azərbaycanın yeddi ən böyük ticarət tərəfdaşı sırasındadır və ticarət dövriyyəsində ciddi artım perspektivi var: "Biz görürük ki, Azərbaycan sabitliklə yanaşı, iqtisadiyyatın şaxələndirilməsinə də böyük önəm verir. Biz ikitərəfli ticarət əlaqələri inkişaf etdirmişik. 2023-cü ildə Hindistan Azərbaycandan xam neft ixrac edən üçüncü ən böyük istiqamətə çevrilib.


Ötən il “Azərbaycan Hava Yolları” QSC-nin Bakı-Dehli-Bakı marşrutu üzrə fəaliyyətini bərpa etməsini, Hindistanın “IndiGo” aviaşirkətinin Dehli-Bakı-Dehli marşrutu üzrə reyslərə başlamasını, AZAL-ın isə Bakı-Mumbay-Bakı marşrutunu işə salmasını müzakirə edərək, Elnur Məmmədov qeyd edib ki, bu, 117 min hindistanlı turistin Azərbaycana gəlməsinə səbəb olub. Bu, 2023-cü illə müqayisədə əhəmiyyətli artım deməkdir.
Daha sonra musiqiçilərin ifasında Hind mahnı və rəqsləri təqdim olunub.


KARUSEL / SİYASƏT
Tarix: 26-01-2024, 19:51