mobil versiya

Samiraldonu zəhərlədilər - VİDEO



Azərbaycanın məşhur və ekstravaqant stilisti Samiraldonu zəhərləyiblər. 

BAKU.WS xəbər verir ki, hadisə bir müddət əvvəl baş verib. Artıq vəziyyəti yaxşıdır və tədbirlərdə iştirak edir.

Samiraldo açıqlamasında zəhərləndiyini təsdiqləsə də, bu barədə ətraflı danışmaq istəmədi:

"Bəli, bir neçə ay bundan əvvəl zəhərlənmişdim. Bu barədə ətraflı danışmaq istəməzdim. Evdə yemək yedikdən sonra anidə vəziyyətim pisləşdi. Həkimlər məni həyata qaytardılar. O hadisədən ancaq özüm hazırladığım yeməklə qidalanıram. Şübhələndiyim şəxslə sadəcə münasibətləri kəsdim və bir daha mənim evimə gələ bilməz". 



KARUSEL / ÖLKƏ
Tarix: 17-12-2019, 10:00