mobil versiya

Venesuela Prezidenti sui-qəsdə məruz qalıb


Venesuela Prezidenti Nikolas Maduro Karakasın mərkəzində keçirilən mitinqdə ona qarşı planlanan sui-qəsd cəhdinin qarşısının alındığını bildirib.
Xarici KİV xəbər verir ki, o, bu barədə yerli telekanallardan birinə verdiyi müsahibədə deyib.
Qeyd edək ki, təkcə bu ay ərzində iki venesuelalı dövlət başçısına qarşı sui-qəsd hazırlamaqda şübhəli bilinərək saxlanılıb.
2024-cü ilin yanvarında isə ölkənin müxalifət partiyasının 32 üzvü ABŞ-nin köməyi ilə N.Maduroya qarşı sui-qəsd təşkil etməkdə ittiham olunaraq həbs edilib.
Xatırladaq ki, N.Maduro 2013-cü ildən Venesuelanın prezidentidir.

KARUSEL / DÜNYA
Tarix: 26-03-2024, 11:56