mobil versiya

İrandan 6 kiloqramdan çox narkotikin ölkəyə keçirilməsinin qarşısı alınıb



Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
DSX-nin mətbuat xidmətindən verilən məlumata görə, keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 6 kiloqram 450 qram narkotik vasitə marixuana aşkarlanaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

KARUSEL / ÖLKƏ
Tarix: 29-04-2024, 10:54