mobil versiya

Litvada hökumət istefaya göndərilib




Litvada hökumət istefaya göndərilib.

Bunu Litvanın istefaya gedən baş naziri Qintautas Paluskas elan edib.

“Baş nazir postundan istefa qərarı verdikdən sonra Litvanın 19-cu hökumətinin istefasını elan edirəm”, - deyə Paluskas bildirib.

O, istefa ərizəsini bu gün prezidentə təqdim edəcəyini, Nazirlər Kabinetinin isə yeni baş nazir dəyişiklik edənə qədər müvəqqəti fəaliyyət göstərəcəyini əlavə edib.
Xatırladaq ki, iyulun 25-də Paluskas onub barəsində yerli KİV-də Avropa dotasiyaları ilə bağlı korrupsiya ittihamlarının yayılması fonunda iki həftəlik məzuniyyət götürmüşdü.

Reportyor.az 




KARUSEL / DÜNYA
Tarix: 4-08-2025, 12:52