Baş məşqçi Fernandu Santuş istefaya göndərildi

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş istefaya göndərilib.
Bunu jurnalistlərə açıqlamasında AFFA-nın baş katibi Cahangir Fərəcullayev açıqlama verib.
O, yığmanın DÇ-2026-nın seçmə mərhələsinin II turunda evdə Ukraynaya qarşı keçiriləcək oyundan öncə mətbuat konfransında portuqaliyalı mütəxəsislə yolların ayrıldığını deyib.
Qeyd edək ki, Fernandu Santuşun AFFA ilə 2027-ci ilə qədər müqaviləsi var idi.
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Bu gün, 12:17