İzmirdə polis bölməsinə hücum nəticəsində iki türk polis məmuru həlak olub

Türkiyənin qərbində İzmir şəhərində polis bölməsinə silahlı hücum nəticəsində iki polis məmuru ölüb, daha biri yaralanıb.
Təhlükəsizlik mənbələri bazar ertəsi yerli mediaya biildirib.
NTV telekanalı bildirib ki, 16 yaşında olduğu bildirilən hücumçu Balçova rayonunda Salih İsgören polis bölməsinə atəş açıb. Hücum edən şəxs saxlanılıb.
Türkiyə keçmişdə kürd yaraqlılarının, ekstremist qrupların və ifrat sol təşkilatların hücumlarının hədəfi olub, təhlükəsizlik qüvvələri və hökumət qurumları da hədəflər arasındadır.
Türkiyənin Egey sahilindəki üçüncü ən böyük şəhəri İzmir, keçmişdə silahlıların hücumlarına, o cümlədən 2017-ci ildə iki nəfərin ölümünə səbəb olan ədliyyə binası qarşısında avtomobil partladılmasına məruz qalıb.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 12:08