mobil versiya

Naxçıvana yeni elektrik mühərrikli avtobuslar gətiriləcək



Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi yeni elektriklə işləyən avtobuslar sifariş edəcək.

20-25 nəfər üçün nəzərdə tutulan sözügedən nəqliyyat vasitəsindən ümumilikdə 20 ədəd alınması planlaşdırılıb.
Nəqliyyat vasitələrinin 2024-2025-ci il istehsallı olması isə əsas şərtlərdəndir.

Belə ki, agentlik artıq bununla bağlı müvafiq işlərə başlayıb.
Eyni zamanda agentlik avtobusların satınalınmasının 4,9 milyon manata başa gələcəyini proqonozlaşdırıb.

Reportyor.az 

KARUSEL / ÖLKƏ
Tarix: Bu gün, 10:11