Futzal: Azərbaycan çempionatında iştirak edəcək komandalar məlum olub

Futzal üzrə Azərbaycan Yüksək Liqasında 6 komanda mübarizə aparacaq.
Reportyor.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının iclası keçirilən toplantısında qərar qəbul olunub.
Toplantıda yeni mövsümə hazırlıq, Yüksək və Birinci liqalarda iştirak edəcək komandaların siyahısı müzakirə olunub. Yüksək Liqada 6, Birinci Liqada 10 komanda yarışacaq. Yüksək Liqada mübarizə 4 dövrədən və 20 turdan ibarət olacaq. Birinci Liqada isə komandalar 1 dövrə ərzində üz-üzə gələcəklər. Daha sonra ilk 4 pilləni tutan kollektivlər pley-off mərhələsində gücünü sınayacaq. Qeyd edək ki, Yüksək Liqada mövsümə sentyabrın 18-də start veriləcək.
Yüksək Liqa
2025-2026-cı illər mövsümünün iştirakçıları
Araz-Naxçıvan
Neftçi İK
Baku Fire
Şuşa MFK
U-19
Lənkəran
Birinci Liqa
2025-2026-cı illər mövsümünün iştirakçıları
PFL
Baku Fire-2
Xan-Lənkəran-2
Star Kargo
Timsport
Atletiko Baku
Trabzon – Azərbaycan
Ulduz
Dəstə Ordubad
Yeni Suraxanı
KARUSEL / İDMAN
Tarix: Bu gün, 17:26