Qətər Doha hücumundan sonra ABŞ-ın təhlükəsizlik zəmanəti ilə kifayətlənib - XİN

Qətər ABŞ-ın ölkəyə təhlükəsizlik zəmanəti verdiyini və İsrailin əvvəlki gün telefon danışığında ona bir daha hücum etməyəcəyinə söz verdiyini bildirib.
"Prezident Tramp və İsrailin baş naziri (Binyamin Netanyahu) tərəfindən dünən (bazar ertəsi) telefon danışığında verilən təhlükəsizlik təminatları və öhdəliklər çox aydın idi və Qətərə heç vaxt hücum edilməyəcəyinə dair ABŞ prezidentinin zəmanəti altında idi", - bunu Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari mətbuat konfransında deyib.
"Aldığımız təhlükəsizlik zəmanətləri ilə kifayətlənirik" deyən sözçü, "İsrailin Qətərə bir daha öz gücü ilə və ya başqa şəkildə hücum etməmək öhdəliyi" olduğunu əlavə edib.
Qətər, ABŞ prezidenti Donald Trampın Qəzza planını müzakirə etmək üçün çərşənbə axşamı Həmas müzakirəçiləri və Türkiyə ilə danışıqlar aparmağa hazır olduğunu bildirib.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Dünən, 16:58