TDT ölkələrində korporativ sosial məsuliyyət təcrübəsində QHT-lərin rolu müzakirə olunub

“Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzi İB “Milli KSM təcrübəsinin inkişafında QHT-lərin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində “Korporativ sosial məsuliyyət təcrübəsində QHT-lərin iştirakı: Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təcrübəsi” mövzusunda onlayn formatda konfrans keçirib.
Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunur və əsas məqsədi şirkətlərin KSM siyasətinin formalaşmasında çoxtərəfli əməkdaşlıq və strateji yanaşmanı təşviq etmək, QHT-lərin iştirakçılığını gücləndirməkdir.
“Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzi İB sədri və layihə rəhbəri Zaur İbrahimli layihə haqqında məlumatlandırıb, iştirkaçıları təqdim edib və gözləntiləri səsləndirib. Türkiyə təcrübəsi haqqında Türkiyə Qadın Dərnəkləri Federasiyası başqanı Canan Güllü xanım çıxış edib. O, korporasiyalarla əməkdaşlıq modelləri, məişət zoraklığı, qadınların təhsili, məşğulluğu sahəsində KSM təşəbbüsləri ilə dəstəklənən layihələr barədə ətraflı məlumat verib. Bildirib ki, Türkiyədə QHT-lərin təxminən 40% KSM təşəbbüslərində iştirak edir. Canan xanım çoxsaylı sualları cavablandırıb və Azərbaycan QHT-lərinə tövsiyyələrini verib.

Qeyri-kommersiya sektorunda Özbəksitanın nüfuzlu və ən təcrübəli təşkilatlarından, “Şərq qadını” Benəlqalq Qadın İctimai Fondunun rəhbəri Saodat Tursunbayeva ölkəsinin təcrübəsini təqdim edib. Şirkətlərə birgə layihələr, sosial səhmlər, qadınlara və həssas təbəqələrə dəstək layihələri barədə ətrfalı məlumat verib. Xüsusən QHT-biznes ortaqlığı, social səhmlər buraxılması təcrübəsi haqqında sualları cavablandırıb və detalları açıqlayıb, öz tövsiyyələri ilə bölüşüb.

Qazaxıstan uğurlu Qadın Təşəbbüsləri Mərkəzinin rəhbəri Ayajan Uteuova “Sosial sahibkarlıq haqqında” Qanundan, social sahibkarlıqdan, bizneslə əməkdaşlıq və KSM layihələri barədə təqdimat edib. Uğurlu nümunələri diqqətə çatdırıb, bildirib ki, Qazaxıstan QHT-lərinin təqribən 15%-ə qədəri KSM təşəbbüslərində iştirak edir.

Millət vəkili, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Azər Allahverənov, “Ümid” SİD İB rəhbəri İsrayıl İsgəndərov, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev, AQSİA rəhbəri Səkinə Babayeva, Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova, Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva, Qan Donorları Assosiasiyası” İctimai Birliyinin sədri Fuad Əsgərov və digərləri çıxış edərək öz fikirləri ilə bölüşüblər və təkliflərini diqqətə çatdırıblar.
Z.İbrahimli qeyd edib ki, konfrans iştirakçılarının rəy və təklifləri ümumiləşdiriləcək və biznes-QHT müzakirələrində təqdim ediləcək.
Reportyor.az

KARUSEL / CƏMİYYƏT
Tarix: 2-10-2025, 14:45