mobil versiya

Xorvatiyanın kabusu Emil Balayevdən inanılmaz qurtarışlar - VİDEO



AÇ-2020-nin seçmə mərhələsində Xorvatiya ilə 1:1 hesablı heç-heçə edən Azərbaycan millisinin ən yadda qalan futbolçularından biri qolkiper Emil Balayev olub. 

Qapıçımız qarşılaşmada ən yaxşı performansını göstərib və rəqibin bütün qol istəklərinin qarşısını alıb. 

11-ci dəqiqədə penaltidə düzgün küncü də tapan qolkiperimiz topun tora daxil olmasına mane ola bilməyib. Ancaq buna baxmayaraq Emil Xorvatiyanın sözün əsl mənasında kabusu olub. 

Dünya çempionatının finalçısına qarşı matçda 100%-lik qol epizodlarında möhtəşəm qurtarışlar edən qapıçımız oyunun ən yaxşılarından idi.//BAKU.WS




MARAQLI / KARUSEL / İDMAN / VİDEOXƏBƏR
Tarix: 10-09-2019, 10:41