mobil versiya

“Qarabağ”dan təqdirəlayiq addım: Medal siyahısına şəhid azarkeşin adını əlavə etdi




“Qarabağ” əlamətdar addım atıb.

REPORTYOR.AZ "Oxu.az" xəbər verir ki, medal alacaq komanda üzvlərinin siyahısına şəhid azarkeş Məhəmmədəli İbrahimlinin də adı əlavə edilib.

Məhəmmədəli “Qarabağ” komandasının üzvü kimi ölümündən sonra Azərbaycan Premyer Liqasının ya qızıl, ya da gümüş medalına layiq görüləcək. Ötən ilin medalını onun yaxınları götürəcək. “İmarət” fanklubunun üzvü olan Məhəmmədəli ötən ilin oktyabrın 13-də Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olub.

Qeyd edək ki, “Neftçi” – “Qarabağ” matçı bu gün saat 20:30-da başlayacaq. Oyundan sonra 2020/21 mövsümünün Azərbaycan çempionu müəyyənləşəcək.
SON XƏBƏR / KARUSEL
Tarix: 19-05-2021, 19:00