mobil versiya

Azərbaycanlı rejissor vəfat edən atasından yazdı - FOTO




Bu gün azərbaycanlı aktyor Fərman Şəkilinin vəfatından 9 il ötür. 

REPORTYOR.AZ xəbər verir ki, sənətçinin rejissor oğlu Elvin Abdulla bununla bağlı paylaşım edib. O, şəxsi sosial şəbəkə hesabında atasının fotosunu paylaşaraq anım günü olduğunu və Allahdan ona rəhmət dilədiyini bildirib. 

Qeyd edək ki, Fərman Şəkili noyabrın 4-ü 1954-cü ildə Şəki rayonunda anadan olub. 1975-ci ildən peşəkar səhnəyə gəlib. Quruluş verdiyi tamaşalar beynəlxalq festivallarda müxtəlif mükafatlara layiq görülüb.

Azərbaycanda klounada sənətini ilk dəfə Fərman Şəkili yaradıb. 

O, uzun sürən ağır xəstəlikdən sonra 2013-cü ilin bu günü 58 yaşında dünyasını dəyişib. 


 

SON XƏBƏR / KARUSEL
Tarix: 2-03-2022, 18:00