mobil versiya

"Təhminə" fahişə idi? Efir məkanında qızğın müzakirə - VİDEO



"El bizim, sirr bizim" verilişində Xalq yazıçısı Anarın məşhur "Beşmərtəbəli evi altıncı mərtəbəsi" romanının baş qəhrəmanı Təhminə müzakirəyə çıxarılıb.

BAKU.WS xəbər verir ki, aparıcı Elçin Əlibəyli adıçəkilən roman və bu roman əsasında ekranlaşdırılmış "Təhminə" filmindən yanlış nəticə çıxaranların azad yaşamaq cəhdində olan bir müasir Azərbaycan qadınına fahişə möhürü vurulduğunu qeyd edib.

Müzakirəyə dəvət alanlar arasında Təhminəni yüngül əxlaqlı qadın adlandıranlar da oldu, onu bir sevgi qurbanı olduğunu deyib, halına acıyanlar da.
Müzakirə zamanı şairə-aktrisa İlhamə Elşadqızı maraqlı fikirlər səsləndirib:

"Təhminə ali təhsilli ziyalı bir xanım idi. Sadəcə talehi gətirməmişdi. Elə dul qadınlar ki, min kişiyə dəyər. Elə qadınlar da var ki, ərindən çətir kimi istifadə edib min oyundan çıxır. Təhminə sevirdi. Məhəbbətdə sərhəd yoxdur, yaş fərqi də rol oynamır. Sevgi azaddır. Bu qızın əri yox idi, boşanmışdı. Məgər sevməyə ixtiyarı yox idi?! Sevəndə icazə vərəqi almalı idi?

Zaur da subay oğlan idi. Yəni onların münasibətində əxlaqdan kənar heç nə yox idi. Sadəcə olaraq, biz azərbaycanlılar evlənmək məsələsinə gələndə təmiz qız axtarırıq. Burada da Zaurun anası çox təzyiqlər etdi.

Bir də ki, Təhminə Zaurun əlllərini qandallayıb evinə gətirməmişdi. 27 yaşında savadlı oğlan idi, vaxtında fikirləşəydi. Sanballı ailənin tək oğlu idi. Təhminə yazıq yetim qız idi, sevdi də. Sevmək günahdı?"



SOSİAL / ÖLKƏ / CƏMİYYƏT / VİDEOXƏBƏR
Baxılıb: 40 Tarix: 2-12-2019, 12:20


Şərh bildir
yenilə, əgər kod görünmürsə