Xersonda şiddətli döyüşlər başlaya bilər- Britaniya kəşfiyyatı
Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat araşdırmasında rusiyalıların döyüşlərin Xerson şəhərinə yayılmasını gözlədikləri bildirilib.
Musavat.com xəbər verir ki, məlumatda qeyd edilir ki, onlar şəhərin bir qisim mülki əhalisinin təxliyəsi üçün hazırlıqlara başlanması barədə göstəriş veriblər:
Qeyd olunur ki, oktyabrın əvvəlində Rusiya qoşunları Xerson sektorunda 20 km-ə yaxın məsafədə şimala doğru geri çəkiliblər. Bununla da çox güman ki, Milovo kəndinin qərbində yeni cəbhə xəttini gücləndirməyə çalışırlar.
"Bu xətt boyunca şiddətli döyüşlər gedir. Döyüşlər əsasən də qərb hissədə daha sərt xarakter daşıyır və burada Ukraynanın hücumları göstərir ki, Rusiya cinahı artıq İnqulets çayı ilə qorunmur.
Cəbhənin bu istiqamətindəki Rusiya qoşunlarının əksəriyyəti Hava Desant Qüvvələrinin az sayda bölmələridir".
Qeyd edək ki, bir neçə gün əvvəl Xersondakı universitetlərdə Rusiya ilə əməkdaşlıq edən müəllimlərin Krıma köçürülməsi tövsiyə olunduğu haqda məlumat yayılmışdı.
DÜNYA
Tarix: 14-10-2022, 17:43