mobil versiya

"Onlarda utanmaq hissi, kimisə mühakimə etmək yoxdur" - Vüqar Camal yazır




Vüqar Camal

Insanlar öyrəşiblər hər şeyi bölərək  yaxşı–pis,  yad–doğma və s  adlar  verməyə. Əslində varlıq aləmində yad deyilən bir canlı yoxdur. Hamımız bir bütövü təmsil edən müxtəlif hissələrik. Bu baxımdan yadplanetlilər də sizə eyni adı verə bilərlər. Amma məsələ bu deyil. Əsas məsələ həmin o yadplanetli dediklərimiz necə olubki bizdən daha yüksək şüura, təfəkkürə , həyat tərzinə, texnologiyaya malik olublar.  Məncə bunu araşdırmağa dəyər.

Onlar Yüksək Mədəniyyətli Sivilizasiyalar ( YMS ) olmaq səviyyəsinə ancaq düşüncələrini yeniləməklə, düşüncələrə nəzarətlə və baş verənləri müşahidə etməklə nail olublar. Onların texnikaları onların fikirlərini oxuyur və  hərəkətə gəlirlər. Biz necə edə bilərik ki, bizdə o cür olaq , telepatiya vasitəsi ilə ünsiyyət quraq və s.?  Sadəcə fikirlərimizi yeniləməklə... Bir neçə nümuməyə baxaq.

Yüksək sivilizasiyalar bir-birilərini heç vaxt öldürmürlər. Bütün təbii sərvətlərini hamı üçün bərabər bölürlər. Onlar öz planetlərini orada yaşayan bütün varlıqlar və canlılar üçün ümumi evləri sayırlar və bu planet onlar üçün sistem adlanır. Bu sistemdə fərdlər də böyük hörmətə malikdir. Sistem növləri tək sistemə kömək edən varlıları yox, həm də cəmiyyətin bütün üzvlərini dəstəkləyir. Siz imkanlı və vəzifəlilərin fikirlərini sadə xalqdan üstün tutursunuz. Bu sizin maraqlarınıza uyğun gəlmədiyini anlayana qədər belə də davam edəcəkdir. 
 
Yüksək mədəniyyətlərdə istənilən mənəvi etikanın məğzində “biz hamımız birik” prinsipi dayanır. Digər prinsip isə hər şeyin bir-biri ilə qarşılıqlı əlaqədə olmasıdır. Bu sistemdə qarşılıqlı ehtiyacı hörmətlə qəbul edirlər. Hər canlının nisbətdə olan ehtiyacı həmişə nəzərdədi və unudulmur. Onlarda mülkiyyətçilik yoxdu. Onlarda belə hal o anlama gəlir ki, həmin şəxs malik olduğu hər şeyə cavabdehdir və o nəyisə tapıbsa bunu gizlətməyəcək, mənimsəməyəcək. Onların münasibətlərində idarəçilik var, mülkiyyətçilik yoxdur. Onların mədəniyyətlərində sahibkar sözü yoxdu, onlar sahiblənmirlər. Əksinə, hər şeyi öz məhəbbət və qayğıları ilə əhatə edirlər. Əvvəllər sizin planetdə insanlar düşünürdülər ki, nəyə əl qoysalar ona da sahiblənə bilərlər. Məsələn, qadınlara, uşaqlara, torpağa və s. Sizin bu təsəvvürləriniz indiki dövrə qədər davam edir. İnsanlar mülkiyyətçilik düşkünüdürlər. Sizi müşahidə edən yüksək inkişaflı varlıqlar bunu mülkiyyət aludəçiliyi adlandırırlar. Nə qədər çox inkişaf etsəniz bir o qədər də anlayarsınız ki, əsl mənada heç nəyə sahib olmaq olmaz. Hətta ailənizə belə. Amma bəziləri sahib olmaq istərlər:  yerə, yerin altına, üstünə, göyə. Siz hətta səmada sərhədlərinizin olduğunu da güman edirsiniz. Sizdən fərqli olaraq YMS-lər anlayır ki, fiziki planetə və ordakılara sahib deyillər.
Onlar tez qazanan, amma uzun illər ziyana səbəb olan işlər görmürlər və bu səbəbdən də onlar daha uzun yaşayırlar Onların çox yaşamağının bir səbəbi də havanı, suyu, torpağı çirkləndirməməlidir. Onlar torpağa kimyəvi qatqı əlavə etmirlər ki, o da canlıya, sonra da özlərinə qayıtmasın. YMS-də heyvan əti yemirlər. Bu bir növ intihardır. YMS-də psixoloji məsələlərə də diqqətlə yanaşırlar ki, bu da ömrün uzanmasına kömək edir. YMS-də narahatlıq, nigarançılıq, stress, həyəcan, qısqanclıq və paxıllıq yoxdur. Buna görə də onların orqanizmində onları məhv edən kimyəvi proseslər getmir. Onların düşüncəsinə görə narahatçılıq özünü yeməkdir. Onlar isə nə özlərini, nə də digər canlıları yeməzlər. Onlar anlayırlar ki, həyatda hər şey mükəmməldir.

Sizdən bəziləri zəhəri yeyir, bəziləri içir, bəziləri çəkir. YMS-lər başa düşə bilmirlər ki, siz niyə bilə-bilə öz orqanizminizə ziyanlı şeylər daxil edirsiniz. Siz bunu xoşdur, ləzzət verir deyə adlandırırsınızsa, onlar deyir ki, həzz bədəndə yaşamaqdadır və bu həzzi pozan şeylər ləğv edilməlidir. YMS-lər sizə məsləhət görür ki, ətrafınıza nəzər salasınız. YMS-də utanmaq hissi, kimisə mühakimə etmək yoxdur. Əgər rəhbər  idarə edə bilmirsə onu mühakimə etmirlər. Sadəcə onun idarəçilik bacarığını görməyəndə onu bu məsuliyyətdən azad edirlər. YMS-də kimisə bacarmadığı işi etməyə məcbur etmirlər. YMS-də kiməsə ziyan vurmaq özünə ziyan vurmaq kimidir. Bu özünü sağ saxlamaq instinktidir. Sizdə fərdilik fərqlidir. Siz “mən”  deyəndə özünüzü nəzərdə tutursunuz. Onlarda mən  hamıya aiddir - ailə, yoldaş, uşaq, qonşu, xalq, Yer kürəsi və s. Onlarda qocalar cavanlarla bir yerdə yaşayır. YMS-də yaşlılar ailənin idarəçiliyi, tərbiyəsi ilə məşğul olurlar. Uşaqlar müdrikliyin, məhəbbətin, böyük səbrin və dərin anlayışın əhatəsində böyüyürlər. Cavanlar adətən ara-sıra uzağa gedib öz  həyatlarının dadını çıxarırlar. Cavanlar həm ailələri ilə, həm də tək yaşaya bilərlər. Bu birgə prosesdir. Amma uşaqların tərbiyəsinə cavabdehliyi yaşlılar öz üzərinə götürür və bu onlar üçün böyük fəxrdir, çünki növlərinin gələcəyi onlardan asılıdır. Onlar anlayırlar ki, gənclər üçün bu cür məsuliyyət ağır olar. 

YMS-lər hamısı müdrikdir. Onlar rəqabətə can atmırlar, yarışmırlar. Onlar bilir ki, əgər biri uduzursa deməli, hamı uduzur. Buna görə də onlar idman yarışları təşkil etmirlər. Nə zamansa kimsə nəyəsə ehtiyacı olursa  onlar ondan nəyisə gizlətmirlər, dərhal bölüşürlər. Nəyinsə çatışmaması o şeyi bölüşməyə, paylaşmağa bəhanədir. Sizdə  isə nəsə azalanda və ya  qıtlıq olanda onun qiymətini qaldırırsınız. YMS-də paylaşdıqca varlanırlar. Sizinlə onların fərqi varlanmaq sözünün anlayışıdır. Onlar nəyisə qarşılıqsız bölüşəndə özlərini varlı hiss edirlər. Əslində bu hissin özü elə ən böyük qazancdı, xeyirdi. 

YMS-də sənin ya mənim deyə bir söz, fikir və ya səs yoxdur. Onların dilində yiyəlik hal və yiyəlik əvəzlikləri yoxdur. Əgər YMS-dəkilərin birinə yer dilində danışmaq lazım gələrsə o yalnız təsvir etməklə bunu izah edərdi. Bu minvalla mənim maşınım mən getdiyim maşın olardı, mənim yoldaşım sadəcə yoldaş  olardı, mənim uşaqlarım olardı yanımdakı uşaqlar, sizdə də belə olsaydı çox şeyləri anlayardınız. Həyatın hədiyyəsi sizdə olan hədiyyədir. YMS-də mənim həyatım sözü də yoxdur. Amma bu cür deyirlər – məndə mövcüd olan həyat. Bu, Tanrının iştirakını hiss etməkdir. Tanrının iştirakını hiss etmək ona gəlir ki, siz ondan heç nəyi gizlətməyəcəksiniz və hər şeylə paylaşacaqsınız. Bu mənəvi anlayış sosial, siyasi, iqtisadi və dini strukturu əhatə edir. Bütün yüksək səviyyəli mədəniyyətlər həyatın kosmologiyasıdır və bu kosmologiyanı görməmək sizin yer üzündə çətinliklərinizin səbəbidir.  

Başqa planetlərdə istənilən obrazlarda varlıqlar yaşayır. Sizə oxşayanlar da var, oxşamayanlar da. Kainatın müxtəlif yerlərində olan varlıqlar inkişafın müxtəlif mərhələlərindədilər. Lakin həmin mədəniyyətlər həqiqətdə kim olduqlarını xatırlayırlar. YMS-də     anladığınız  formada səyahət yoxdur. Onların texnologiyaları o qədər irəlidədir ki, fizik olaraq ora-bura getməkdən ötrü maşınlarını işə salmaq üçün enerji ehtiyatlarını qazıb çıxartmırlar. Onlarda texnika imkan verir ki,  öz mental fəaliyyətlərini izləsinlər,  belə ki, onlar öz bədənlərini söküb yığa bilirlər. Qalaktikalarda  səyahət hamar daşın su üzərindəki sıçrayışı kimidir. Onlar kainatın matrisasını  yarıb keçmirlər,   turistlər onun üstündən atlayırlar. YMS-də məcburi işləmək anlayışı yoxdur.  YMS-də ancaq xoşladıqları tapşırıqları və özlərini təsdiq edə bildikləri işlərlə məşğuldurlar.   Onlarda qara iş deyilən işi ən yüksək iş sayırlar. Cəmiyyətin normal funksiya etməsi üçün qara işləri görənlərin mövcudluğuna hörmət edirlər. Əslində onlarda iş dediyiniz şey özlərini yüksək formada reallaşdırmaq üçün bəhanədir. Onlarda nə uğur sözü var, nə da  uğursuzluq. Yarış,  qələbə,  uduzmaq da həmçinin. Onlar bu təcrübəni cəmiyyət üçün qiymətli olan sahələrdə əldə edirlər. Müvəffəqiyyət şöhrət  və mülk gətirən sahə kimi deyil, dəyərləri təyin edən sahə kimi qəbul olunur. Onlar hamıya xeyir gətirən şeylərə dəyər verirlər. Siz uşaqlara onların özünü tapmaları barədə olan həqiqətlərə dəyər vermirsiniz. Bu səbəbdən də müəllimlərin məvacibi belə azdır. Sizin sözünüzlə əməlləriniz eyni deyil. Sizin müşahidə etmək bacarığınız çox zəifdir. YMS-də həmişə nə varsa onu görürlər və işləyən şeyləri edirlər.  YMS-də dindarlara hörməti yalnız mənəvi tərəfdən düz olsun deyə etmirlər, onlar buna işlədiyinə görə və cəmiyyətin can atdığına görə dəyər verirlər.  Onlar sizdəki kimi aclıqdan ölmürlər. Sizdə hər saat 400 uşaq və 30 min böyük aclıqdan ölür. Onlarda kasıblıq deyilən bir şey yoxdur. Onlar buna təcrübələrində iki əsas prinsipi rəhbər tutaraq nail olublar: biz hamımız birik və hər şey yetərincə vardır. 

 YMS-dəkilər sizə kömək etməyə hazırdılar, lakin sizlərin onları bütə, tanrıya çevirmənizdən ehtiyat edirlər. Həqiqət bundadır ki, siz heç kimə tabe olmursunuz. Əgər YMS-lər sizə elmi-texniki cəhətdən kömək etmək istəsələr bunu elə formada edərlər ki, siz başqa varlıqların gücünü və potensalını yox, öz potensial gücünüzü hiss edib istifadə edəsiniz.

Siz insanın cəmiyyət içində təbii hisslərini göstərməsini düz saymadığınız halda YMS-də bu elə belə də olmalıdır. Onlarda hisslərin düzgün anlaşımı cəmiyyətin həyatını asanlaşdırır. YMS-də hissləri gizlətmək heç mümkün də deyil. Çünki onlar əks tərəfin vibrasiyalarını qəbul edirlər, necə ki, siz otağa girəndə ordakı insanların aurasını hiss edirsiniz. YMS-lər bir-birinin nə düşündüklərini oxuyurlar. Orda sözlər çox nadir hallarda istifadə olunur, onlarda telepatiya yüksək inkişaf edib. YMS-lərin başqa YMS-lərlə müqayisəsi onunla bilinir ki, kim nəyisə anlatmaqda nə qədər çox  sözlərə ehtiyac duyur. Sən sualını vermədən Tanrı cavab verə bilər. Bəzi insanlar da bu bacarığı inkişaf etdiriblər. Həqiqətdə bu min il əvvəldə normal idi, amma siz səs-küyə yer verməklə o hissləri itirdiniz. Əslində dərin məhəbbət olan yerdə sözlərə ehtiyac yoxdur. Siz bir-birinizə çox sözlər deməklə bir-birinizə az diqqət ayırmış olursunuz. Diqqət ünsiyyət yaradır, sonda bütün həqiqi ünsiyyətlər düzgünlük üzərində qurulub və yeganə real həqiqət məhəbbətdir. Bu səbəbdən onlarda münasibət məhəbbətlə olur. Məhəbbət olmayanda isə münasibət çətinləşir. 

Sizin cəmiyyətdə böyüklər uşaqlara öyrətmək istədiklərinin özləri əksini etdiyi halda YMS-dəki böyüklər anlayır ki, uşaqlar böyükləri təkrarlayırlar. YMS-in ağlına belə gəlmir ki, uşaqlarını televiziya və ya internet qarşısında oturtsun ki, onlara istəmədiklərini öyrətsin. Bu onlar üçün qəbul olunmazdır. Sizinlə onların fərqi həqiqi müşahidədədir. Onlar gördüklərini qəbul edirlər, insanların çoxu gördüklərini inkar edirlər. İnsanlar televiziyanın onların  uşaqlarını korladıqlarını görürlər və buna əhəmiyyət vermirlər.  Onlar görür ki, zorakılıq və döyüş əyləncədir və həmin ziddiyyəti rədd edirlər. Onlar görür ki, tütün ziyandır, amma özlərini gicliyə qoyurlar. Onlar görür ki, min illərdir onların dinləri kütləvi davranışı dəyişə bilmir, yenə də bu həqiqəti danırlar. Onlar görür ki, dövlət kömək əvəzinə onları sıxır, amma bunu rədd edirlər. Görürlər ki, sağlamlığı qorumaq sistemi xəstəlikdən qoruyur, buna məhəl qoymurlar. Görürlər ki, kimyəvi qidalarla bəslənmiş müxtəlif heyvanlar öldürülüb ərzaq kimi  satılır, amma məhəl qoymurlar. Halbu ki,  sağlamlığa ziyan olduğunu yaxşı bilirlər. İnsanların çoxu inkarçıdır. Onlar gördüklərinə, hisslərinə və öz həqiqətlərinə məhəl qoymurlar. Sizdən inkişaf edənləriniz heç nəyi inkar etmir, onlar olanları, işləyənləri və prosesləri görürlər. Hər şey sənin  özünü kim olaraq gördüyündən və kim olmaq istəyindən asılıdır. Əgər sənin məqsədin şad-xürrəm yaşamaqdırsa o zaman zorakılıq işləmir. Əgər sənin məqsədin sağlamlıqdırsa ət, tütün və bəzi içkilər işləmir. Əgər sənin niyyətin zorakılıqdan uzaq uşaq tərbiyə etməkdirsə o zaman televiziya və internetdəki zorakılığın yeri yoxdur. Əgər Tanrı ilə münasibət qurmaq istəyirsənsə o zaman qəzəbli və cəza verən Tanrı barədə elmlər işləmir. 
Motiv hər şeydir. Məqsəd nəticələri təyin edir. Həyat niyyətdən axır. Sənin əsl həqiqi niyyətin əməllərində açılır və əməllərin həqiqi niyyətinlə təyin olunur. Bu qapalı dairədir. YMS-lər bu dairəni görür, siz isə yox... YMS-lər olanlara reaksiya verir,  insanlar isə məhəl qoymur.  YMS-lər həmişə həqiqəti deyir, insanlarsa yox. YMS-lər düşündüyünü edir,  insanınsa dediyi başqa, əməli başqa.



KARUSEL / YAZARLAR
Tarix: 21-04-2022, 12:48