"Böyük Qayıdış” çərçivəsində 6561 sakin tibbi müayinələrdən keçirilib
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransında çıxışı zamanı deyib.
O qeyd edib ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən təqdim olunan siyahı əsasında 2022-2024-cü illər ərzində ümumilikdə 6561 sakinin tibbi müayinələrdən keçirilməsi təmin edilib: “2024-cü ilin yanvarından bu günədək isə 819 ailənin, 3100 sakinin tibbi müayinələrdən keçirilməsi icra olunub”.
SAĞLAMLIQ / KARUSEL
Tarix: Bu gün, 12:13