Dünya liderləri Azərbaycana başsağlığı verirlər
Dünya liderləri AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verirlər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani, Serbiya Prezidenti Aleksandar Vuçiç, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Belarus Prezidenti Aleksandr Lukaşenko, İran Prezidenti Məsud Pezeşkian, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Pakistanın Baş naziri Şahbaz Şərif, Moldova Prezidenti Maya Sandu, Rusiya Prezidenti Vladimir Putin, Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar, Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov, Türk Dövlətləri Təşkilatı, bir sıra dövlətlərin və hökumətlərin rəsmiləri, Xarici İşlər nazirlikləri, həmçinin Azərbaycandakı səfirlikləri, beynəlxalq təşkilatlar təyyarə qəzası nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralıların tezliklə sağalmalarını diləyiblər.
KARUSEL / SİYASƏT
Tarix: Dünən, 16:00