mobil versiya

Mərakeş səfiri: "Bu ölçüyəgəlməz kədərli məqamda dualarımız və düşüncələrimiz həyatını itirənlərin ailələri və yaxınları ilədir"



Mərakeş Krallığının Azərbaycandakı səfiri Adil Embarş AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verib.

Reportyor.az xəbər verir ki,bu barədə səfirliyin sosial şəbəkə hesablarında paylaşım edilib. 
"Dərin hüzn və səmimi başsağlığımı Aktau yaxınlığında baş vermiş təyyarə qəzası nəticəsində həyatını itirənlərin ailələrinə və Azərbaycan xalqına bildirmək istəyirəm. Bu ölçüyəgəlməz kədərli məqamda, Mərakeş Krallığının Səfirliyi adından dualarımız və düşüncələrimiz həyatını itirənlərin ailələri və yaxınları ilədir.
Yaralananlara isə tezliklə sağalmalarını arzulayırıq".

KARUSEL / SİYASƏT
Tarix: Dünən, 18:08