mobil versiya

İordaniya XİN təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verib



İordaniya Haşimilər Krallığının Xarici İşlər və Miqrantlarla iş üzrə Nazirliyi Aktau şəhəri yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanlarla bağlı Azərbaycana başsağlığı verib.

Bu barədə İordaniya XİN "Facebook" hesabında paylaşdığı bəyanatda qeyd edilib.
"Nazirliyin mətbuat katibi dr.Sufyan əl-Quda Krallığın bu faciəli hadisədə Azərbaycan hökumətinə və xalqına dəstəyini vurğulayır. O, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayır", - deyə bəyanatda vurğulanıb.



KARUSEL / SİYASƏT
Tarix: Dünən, 17:47