mobil versiya

XİN Türkiyəyə başsağlığı verib



Azərbaycan xarici işlər nazirliyi - XİN İspartada hərbi helikopterin qəzaya uğraması nəticəsində həlak olanlarla bağlı Türkiyə tərəfinə başsağlığı verib.

Reportyor.az xəbər verir ki, bu barədə XİN sosial şəbəkədə paylaşım edib.

"Qardaş Türkiyənin İsparta şəhərində helikopterin qəzaya uğraması nəticəsində hərbçilərin həlak olması xəbəri bizi çox sarsıtdı və dərindən kədərləndirdi. Baş vermiş bu faciə ilə əlaqədar həlak olmuş şəxslərin ailələrinə və yaxınlarına, dost və qardaş Türkiyəyə dərin hüznlə başsağlığı veririk".
KARUSEL / SİYASƏT
Tarix: 9-12-2024, 17:35