Çin Tayvan ətrafındakı dəniz və hava məkanında "zərbə təlimləri" keçirir
Çin təxribat olduğunu əsas gətirərək Tayvan ətrafındakı dəniz və hava məkanında "zərbə təlimləri" keçirir.
Çin bazar günü Tayvanın hava məkanı ətrafında zərbə təlimləri keçirərək, bunun özünü idarə edən ada və ABŞ-ın təxribatına cavab olaraq keçirildiyini bildirib.
"Əl-Cəzirə" xəbər verir ki, Çin ordusunun Şərq Teatr Komandanlığı qısa bəyanatında dəqiq yer göstərmədən Tayvanı əhatə edən birləşmiş döyüş hazırlığı patrulları və birgə atəş gücü zərbələri təlimləri keçirdiyini deyib: "Bu, Birləşmiş Ştatlar və Tayvanın hazırkı sövdələşməsi və təxribatının artmasına qəti cavabdır. Teatr Komandanlığı milli suverenliyi və ərazi bütövlüyünü qətiyyətlə müdafiə etmək üçün bütün lazımi tədbirləri görəcək".
Vəziyyətə cavab olaraq Pekinin öz ərazisi olduğunu iddia etdiyi Tayvan bildirib ki, bazar günü keçirilən təlimlər Pekinin regional sülhə hücumunu və Tayvan xalqını qorxutmaq cəhdini nümayiş etdirib.
Tayvan Müdafiə Nazirliyinin bəyanatında deyilir ki, Çin kommunistinin hərbi hədə-qorxu hərəkətləri açıq-aydın xalqımızı incitmək məqsədi daşıyır və Çinin beynəlxalq imicinə kömək etmir, Tayvan ordusunu gücləndirməyə davam edəcək.
KARUSEL / DÜNYA
Tarix: 27-12-2022, 17:28