mobil versiya

ABŞ Senatı Tayvana 4,5 milyard dollarlıq hərbi yardımı təsdiqləyib



ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Tayvana 4,5 milyard dollar hərbi yardım ayıran, həmçinin “NATO-dan kənar əsas müttəfiq” statusunun verilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

APA xəbər verir ki, bu barədə komitənin rəhbəri Cim Riş bildirib. Müvafiq komitə tərəfindən təsdiq edildikdən sonra “Tayvan siyasəti” adlı qanun layihəsi Konqresin bütün yuxarı palatası tərəfindən nəzərdən keçiriləcək. Bu sənədin layihəsinə əsasən, bu, dörd il ərzində Tayvana 4,5 milyard dolların ayrılmasını, habelə hərbi alışlar üçün 2 milyard dollara qədər kredit zəmanətini nəzərdə tutur.

Xatırladaq ki, Tayvan adası ətrafında vəziyyət avqustun əvvəlində ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin səfərindən sonra gərginləşib.

Tayvanın əyalətlərindən biri olduğu Çin ABŞ-ın Tayvan separatizminə dəstəyi olduğundan şübhələnərək bu səfəri pisləyib. Amerikalı spikerin cəsarətli addımı fonunda Pekin irimiqyaslı hərbi təlimlər keçirib.

SİYASƏT / DÜNYA
Tarix: 15-09-2022, 11:43