mobil versiya

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu bəlli olub



UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk 4 oyunundan sonra həftənin ən yaxşı futbolçusu bəlli olub.
Bu ada Portuqaliya “Benfika”sından Fredrik Aursnes layiq görülüb.
Norveçli yarımmüdafiəçi səsvermədə Almaniyanın “Borussiya” (Dortmund) klubundan Kərim Adeyemi, “Bavariya”dan Kinqsli Koman və İtaliya “Milan”ından Rafael Leaonu qabaqlayıb.
Qeyd edək ki, 28 yaşlı oyunçu Belçikada "Brügge"ni 2:0 hesabı ilə məğlub etdikləri matçda start heyətində meydana çıxıb və sonadək əvəzlənməyib. Lakin təcrübəli futbolçu qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.(Report)
KARUSEL / İDMAN
Tarix: 17-02-2023, 19:17