mobil versiya

Bakıda qadın mağazadan 150 manatlıq çantanı belə oğurladı - VİDEO



Bakıda qadınlar üçün mallar satılan mağazadan oğurluq olub.

Bu barədə mağaza sahibi Emil Məmmədzadə BAKU.WS-ə bildirib.

Onun sözlərinə görə, İslam Səfərli küçəsində yerləşən mağazasına müştəri qismində daxil olan bir qadın oradan çanta oğurlayıb.

“Hadisə noyabrın 8-də günorta vaxtı baş verib. Bir qadın mağazamızdan 150 manat dəyərində çanta oğurlayıb”, - deyə Emil Məmmədzadə bildirib.


KARUSEL / HADİSƏ / ÖLKƏ
Tarix: 15-11-2019, 15:39