mobil versiya

Misirdə prezident seçkiləri dekabrın 10-12-də keçiriləcək



Dekabrın 10-dan 12-dək Misirdə Prezident seçkiləri keçiriləcək.
Bu barədə Misir Mərkəzi Seçki Komissiyasının sədri Valid Həmzə məlumat verib.
“Misir hakimiyyəti seçki hüququna malik ölkə vətəndaşlarını 2023-cü il dekabrın 10-dan 12-dək ölkə ərazisində keçiriləcək prezident seçkilərində iştiraka dəvət edir”, - deyə Valid Həmzə bildirib. Onun sözlərinə görə, ölkə xaricində seçkilər dekabrın 1-dən 3-dək təşkil olunacaq.
Qeyd edək ki, 2014-cü ildə hakimiyyətə gələn Əbdül Fəttah əs-Sisi 2019-cu ildə bir dəfə seçilmək məhdudiyyəti saxlanılmaqla, prezidentlik müddətinin dörd ildən altı ilədək uzadılmasını nəzərdə tutan dəyişikliyi qəbul edib. Eyni zamanda, ölkə prezidentinin səlahiyyətini 2024-cü ilədək uzadan və əs-Sisiyə üçüncü dəfə dövlət başçısı seçilməyə imkan verən “keçid maddəsi” də qəbul olunub.

KARUSEL / DÜNYA
Tarix: 25-09-2023, 18:00