mobil versiya

Pakistanda parlament seçkiləri gələn il yanvarın sonunda keçiriləcək


Pakistanda parlament seçkiləri 2024-cü il yanvarın sonunda keçiriləcək.
“TRTHaber” xəbər verir ki, bu barədə Pakistan Seçki Komissiyası məlumat yayıb.
Açıqlamada seçkilərin keçiriləcəyi günlə bağlı məlumat verilməyib.
Bildirilib ki, 127 milyon seçicinin səs verəcəyi bu siyasi kampaniyada növbəti 5 il müddətinə yeni parlament seçiləcək.
Qeyd edək ki, Pakistanda sonuncu dəfə parlament seçkiləri 2018-ci il oktyabrın 25-də keçirilib. Həmin siyasi kampaniyada İmran Xanın başçılıq etdiyi Təhrik-i İnsaf Partiyası qalib gəlmişdi. Həmin ildən 2022-ci il aprelin 10-dək İmran Xan Pakistan hökumətinə başçılıq edib. Bu tarixdə Pakistan parlamentində İmran Xana etimad məsələsi səsə qoyulub. Deputatların 174-i onun əleyhinə səs verib. Nəticədə İmran Xan hökuməti istefaya göndərilib. Onu üç dönəm Pakistan hökumətinə başçılıq etmiş Nəvaz Şərifin qardaşı Şahbaz Şərif əvəz etmişdi. O da 2023-cü ilin avqustunadək baş nazir olub.
2023-cü il avqustun 14-dən keçid hökumətinə Anvarul Hak Kakar başçılıq edir.


KARUSEL / DÜNYA
Tarix: 21-09-2023, 17:53