Yüksək riskli zonaların müəyyən edilmə əsasları təsdiqlənib
Yüksək riskli zonaların müəyyən edilmə əsasları təsdiqlənib.
Baş nazir Əli Əsədov bununla bağlı müvafiq Qərar imzalayıb.
Bu sənəd “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və yüksək riskli zonaların müəyyən edilmə əsaslarını tənzimləyir.
Yüksək riskli zonalar aşağıdakılara əsasən müəyyənləşdirilir:
- Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının, Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun qərarları;
- Maliyyə Tədbirləri üzrə İşçi Qrupu (FATF), Avropa Şurasının Pulların Leqallaşdırılmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi (MONEYVAL), FATF tipli regional qurumlar (FSRB), digər ixtisaslaşmış beynəlxalq və ya regional təşkilatların dərc edilmiş qarşılıqlı qiymətləndirmə və ya təfsilatlı hesabatları, habelə tərəqqi hesabatları;
- FATF tərəfindən edilmiş ictimai bəyanatlar.
- Bu sənədin 2-ci hissəsində qeyd olunanlar “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9.5-ci maddəsinə uyğun olaraq yüksək riskli zonaların siyahısının müəyyən edilməsi üçün əsasdır.
KARUSEL / CƏMİYYƏT

Tarix: 3-10-2023, 13:43