mobil versiya

Koordinasiya Şurasının növbəti iclası keçirilib



Azərbaycan Respublikasının pulların leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sisteminin Avropa Şurasının ekspertlər Komitəsi (MONEYVAL) tərəfindən aparılacaq 5-ci raund qiymətləndirilməsinə hazırlığın təmin edilməsi və digər məsələlərin müzakirəsi məqsədilə Nazirlər Kabinetinin Qərarı ilə yaradılmış Koordinasiya Şurasının növbəti iclası keçirilib.
Maliyyə Monitorinqi Xidmətindən bildirilib ki, Baş nazirin müavini Əli Əhmədov ötən dövr ərzində pulların leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilən tədbirlər – milli risk qiymətləndirilməsinin aparılması, müvafiq sahədə yeni qanunların qəbulu, habelə MONEYVAL Komitəsinin 5-ci raund qiymətləndirmə prosesinə son hazırlıq mərhələsində həlli zəruri olan tədbirlər barədə məlumat verib.
Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri Zaur Fətizadə ötən dövrdə görülmüş işlərdən danışıb. 2023-cü ilin 1-15 mart tarixlərində MONEYVAL qiymətləndirici missiyasının ölkəmizə səfəri ilə bağlı təşkilati işlərin vəziyyəti, keçirilmiş təlimlər və aparılmış sınaq müsahibələr barədə iştirakçılara məlumat verib, həmçinin qiymətləndirmə üçün tələb olunan məlumatların və sənədlərin MONEYVAL qiymətləndirici missiyasına tamlıqla təmin edilməsinin vacibliyini iclas iştirakçılarının diqqətinə çatdırıb.
İclasda, həmçinin Koordinasiya Şurasının 2022-ci il iyunun 23-də təsdiq edilmiş Tədbirlər Planının icra vəziyyəti barədə iştirakçılara məlumat verilib, Şura üzvləri tərəfindən gündəlikdə duran və digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 17-02-2023, 17:46