mobil versiya

İsrailin Qəzzadakı xəstəxanaya hücumunda 500-dən çox insan ölüb



İsrail döyüş təyyarələrinin Qəzzanın mərkəzindəki xəstəxanaya hücumu nəticəsində 500-dən çox insan həlak olub. Ölənlərin çoxu körpələr və azyaşlı uşaqlardır.  
Fələstin hökuməti  xəstəxanaya hücumu “müharibə cinayəti” adlandırıb.
Türkiyə Böyük Millət Məclisi İsrailin günahsız insanları öldürməsinin insanlığa qarş  cinayət  olduğunu bəyan edib. 
Yüzlərlə insanın dağıntılar altında qaldığı deyilir. (TRT Haber)
Al-Arabiya televiziyasının yaydığı məlumata görə, Qəzzada xəstəxanaya raket zərbələri nəticəsində ölən və yaralananların sayı 800-ü keçib. 

KARUSEL / DÜNYA
Tarix: 18-10-2023, 09:13