İşğaldan azad olunmuş ərazilərdə 7 təhsil müəssisəsində 550 şagird təhsil alır
Azərbaycan Müəllimlərinin XV Qurultayında ən böyük arzumuz təhsilimizin işğaldan azad olunmuş ərazilərə qayıtması idi. Böyük Qayıdış Proqramında işğaldan azad olunmuş ərazilərə təhsilin qaytarılması ilə bağlı işlər görülüb.
Bunu elm və təhsil naziri Emin Əmrullayev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Müəllimlərinin XVI Qurultayında çıxışı zamanı deyib. O bildirib ki, işğaldan azad olunmuş ərazilərdə 7 təhsil müəssisəsində 550 şagird təhsil alır, 84 müəllim çalışır. Bu təhsil müəssisələri Şuşa, Füzuli, Zəngilan, Laçın, Tərtər rayonlarında yerləşir.
Böyük Qayıdış proqramı əsasında Şuşa Real Məktəbi, Zəngilan şəhər tam orta məktəbi (960 yerlik), Quba şəhər tam orta məktəbi (600 yerlik), Ağdam şəhər 2 nömrəli körpələr evi uşaq bağçası (160 yerlik), Ağdam şəhər tam orta məktəbi (960 yerlik), Zəngilan şəhər körpələr evi uşaq bağçasının (160 yerlik) tikintisi nəzərdə tutulur.
“Hazırda Ağdam şəhər 1 nömrəli tam orta məktəbin (960 yerlik), Cəbrayıl şəhəri akademik Mehdi Mehdizadə adına Ağdam şəhər tam orta məktəbi (960 yerlik), Kəlbəcər şəhəri Ağdam şəhər tam orta məktəbin (960 yerlik) tikintisi davam edir”, - deyə nazir qeyd edib.
KARUSEL / ÖLKƏ

Tarix: 15-12-2023, 11:06